Trampla Putinə bunu təklif etdik, lakin... - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp müharibənin təşəbbüskarı olan Vladimir Putinə ABŞ-da görüş keçirməyi təklif edirlər.

Axar.az xəbər verir ki, bu barədə Zelenski danışıb.

“Biz Putinə müharibəni başa çatdırmaq üçün real qərarların qəbul oluna biləcəyi istənilən yerdə görüşməyi təklif etmişik”, – deyə Zelenski vurğulayıb.

Lakin dövlət başçısının sözlərinə görə, Putin buna razı olmaq istəmir:

“Biz ABŞ və Fransa ilə birlikdə G7 çərçivəsində, bütün demokratik dövlətlərin iştirakı ilə Rusiya ilə görüş keçirmək imkanını müzakirə etmişdik. Putin bunu istəmir”.