Polşa və Böyük Britaniya Rusiyaya strateji təhdid kimi baxır.
“Reuters“in xəbərinə görə, bunu Polşa Baş naziri Donald Tusk Böyük Britaniya ilə hərbi və təhlükəsizlik paktı imzalamaq üçün Londona yola düşməzdən əvvəl deyib.
“Hər iki ölkə Rusiyanı strateji təhdid kimi görür. Həm də bu təhdid Polşa, Böyük Britaniya və NATO üçün uzunmüddətlidir. Buna görə də bizim əməkdaşlığımız Polşa və digər ölkələri Rusiya təhdidinə qarşı qorumaq üzərində fokuslanmalıdır”, - Tusk vurğulayıb.
Baş nazir Londonda imzalanacaq paktın əhəmiyyətli hissəsinin kibertəhlükəsizlik sahəsini əhatə edəcəyini qeyd edib.
Baş nazir Polşanın Ukraynaya hərbi yardım üçün hub rolunu oynaması səbəbindən Varşavanın Rusiyanın casusluq, kiberhücumlar və dezinformasiya kampaniyalarının əsas hədəfinə çevrildiyini əlavə edib.