Ukrayna Rusiyanın Krımdakı hərbi obyektlərini bombardman etdi

Ukrayna Silahlı Qüvvələri işğal edilmiş Krım yarımadasının Sevastopol şəhərində Rusiya Qara dəniz Donanmasının hərbi obyektlərinə “Neptun” qanadlı raket sistemləri ilə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Hərbi obyektin Streletska körfəzində yerləşdiyi bildirilib. Hava zərbələri nəticəsində donanmanın silah və hərbi texnika anbarlarının zərər gördüyü bildirilib.