ABŞ rəsmiləri Donald Trampın Çinə dövlət səfəri zamanı Pekinin İrana maddi yardım göstərməyəcəyinə dair təminat verdiyini bildiriblər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir açıqlama verib.
Onun sözlərinə görə, Tramp Çin nümayəndələri ilə görüşdə əsas diqqəti Pekinin Tehrana dəstək verməməsi məsələsinə yönəldib.
“Prezident görüş zamanı Çin tərəfindən Hörmüz boğazı ilə bağlı hansısa addımlar atılmasını istəməyib. O, əsasən Çinin İrana maddi yardım göstərməyəcəyinə dair təminat almağa fokuslanmışdı. Bu öhdəliyi aldı və təsdiqlədi”, - deyə Qrir bildirib.
ABŞ nümayəndəsi əlavə edib ki, Vaşinqton Çinlə birlikdə Hörmüz boğazında gəmiçiliyin bərpası üçün birgə hərbi əməliyyat keçirməyə çalışmır.
“Biz sadəcə əmin olmaq istəyirik ki, Çin bu vəziyyəti həll etmək üçün atdığımız addımlara mane olmayacaq”, - deyə o vurğulayıb.