Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq

İran müqavilə üzrə öhdəliklərini yerinə yetirməyincə, heç bir maliyyə almayacaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D. Vens CBS-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, söhbət birbaşa ödənişlərdən deyil, Vaşinqtonun təzyiq və təşviq vasitəsi kimi gördüyü sanksiyaların mümkün yumşaldılmasından gedir.

"Biz onlara Amerika pulunun bir sentini də verməyəcəyik. Bir dollar belə İrana getməyəcək" - Vens qeyd edib.

O əlavə edib ki, sanksiyalar rejimində hər hansı bir dəyişiklik yalnız Tehranın nüvə proqramından imtina etməsi və bölgədəki silahlı qruplara dəstəyi dayandırması da daxil olmaqla uzunmüddətli şərtləri yerinə yetirəcəyi təqdirdə mümkündür.