
Yaxın Şərqdə yeni gərginlik siqnalı: İsrailin İrana hücümü istisna deyil
14:08 10.01.2025
Dünya
613
İsrailin Baş nazir Benyamin Netanyahu ordunun İrana üçüncü hücum ehtimalına hazırlığını qiymətləndirmək üçün müzakirələr aparıb. Bu barədə “The Jewish News Syndicate” məlumat yayıb “Axios” saytının adı açıqlanmayan mənbələrə istinadən məlumatına görə, İsrailin strateji işlər naziri Ron Dermer noyabrın 10-da Donald Trampla görüşdən yeni seçilmiş prezidentin İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə zərbə endirməsini dəstəkləyəcəyi təəssüratı ilə ayrılıb. Qeyd edək ki, bir neçə gün əvvəl Tramp jurnalistlərin ABŞ-nin İrana zərbə endirməsi ilə bağlı sualına cavabında bunun hərbi strategiya olduğunu deyib: “Mən hərbi strategiyamızla bağlı suala cavab vermirəm. Yalnız axmaq adam buna cavab verər. “Channel 12” isə bildirib ki, İran yaxın gələcəkdə İsrailin onun strateji obyektlərinə birbaşa hücumundan ehtiyat edir.
Suriyada Əsəd rejiminin devrilməsindən sonra İranın zəifləmiş mövqeyinin onu gərginliyi azaltmaq üçün diplomatik danışıqlara yoxsa daha böyük enerji ilə nüvə bombası əldə etməyə sövq edəcəyi bəlli deyil. “Ynet” isə bildirib ki, Mossad direktoru David Barnea Tehranın Yəməndəki proksiləri husilərin İsrailə hücumlarına cavab olaraq İrana zərbə endirilməsinə çağırıb. İranın İsrailə ilk hücumu keçən il aprelin 13-də olub. İsrail isə iki dəfə oktyabrın 26-da və aprelin 19-da Tehranın hücumlarına cavab olaraq İrana zərbələr endirib. Analitiklər “The Jewish News Syndicate”a bildiriblər ki, İran rejim dəyişikliyi üçün yetişib və İsrailin hərbi hücumu buna kömək edə bilər.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a söyləyib ki, Amerika Birləşmiş Ştatlarında Donald Trampın hakimiyyətə gəlməsi İran-İsrail münasibətlərində də gərginliyi artırıb:

“Onsuz da 2024-cü ildə İran və İsrail arasında biri-birlərinə qarşı raket hücumunun şahidi olmuşduq. Hazırda İran ərazisinə İsrail tərəfindən hücumların olması istisna edilmir. Həmin məsələlər Təl-Əviv və Vaşinqton arasında da razılaşdırılır. Çünki İranın hazırki mövqeyi və yürütdüyü siyasət Yaxın Şərq bölgəsində böyük risqlər formalaşdırır. Ona görə də təhlükəsizliyin təmin olunması və İsrailin maraqlarının genişləndirilməsi baxımından bu hücumlar qaçınılmaz hesab olunur. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının 20 yanvar tarixində səlahiyyətlərinə başlayacaq yeni prezidentinin əvvəlki hakimiyyət dövründə sərgilədiyi siyasətin davamı ehtimal edilir. Həmin dövrdə də biz Amerika Birləşmiş Ştatlarının İrana dair nüvə tədqiqatları mövzusunda birtərəfli qaydada razılaşmadan çıxmasının şahidi olmuşduq. Bütün bunlar deməyə əsas verir ki, ABŞ Yaxın Şərq mövzusunda kifayət qədər İsrail meyilli siyasətini genişləndirəcək. Donald Trampın indiki reallıqda İsrailə daha çox dəstək verməsi gözlənilir. Çünki Trampın birinci prezidentliyi dövründə də İsrail güclü siyasi, mənəvi, hərbi dəstək alırdı. Hazırda da İsrailin belə dəstəklərə böyük ehtiyacı var. İrana qarşı olan siyasi xəttin daha da irəliləməsi Yaxın Şərq bölgəsində yeni gərginliklərə səbəb olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya