“Yunanıstanın “əli” ilə Türkiyədən güzəştlər qopartmaq istəyirlər” – ABŞ və Fransadan həmlə...
Yusif Nəzərli
15:55 22.11.2021
Dünya
470
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ege və Aralıq dənizindəki vəziyyət barədə danışıb.
O bildirib ki, Türkiyə heç bir halda hücum mövqeyində deyil, oradakı haqlarını müdafiə edir.
Türkiyənin bütün addımlarının məntiqli və soyuqqanlı olduğunu nəzərə çatdırıb:
“Biz belə davranarkən Yunanıstan təxribatçı hərəkətlər edir. Yunanıstan rəsmiləri sanki Türkiyənin Yunanıstana qarşı bir həmləsi var imiş kimi ifadələr işlədirlər, Türkiyənin işğalçı olması barədə rəy formalaşdırmağa çalışırlar. Ancaq əslində tarix də, indi baş verənlər də təcavüzkarın kim olduğunu aydın şəkildə göstərir”.
H.Akar Yunanıstan rəsmilərinin fikirlərinə sərt reaksiya verib: “Yunanıstan rəsmiləri tarixə, hüquqa və gündəlik həyata zidd olan fikirlər ortaya atırlar. Onlar insan haqlarından danışırlar. Ancaq Yunanıstan sahil mühafizəçilərinin müdafiəsiz mülki şəxslərin qayıqlarını dənizin ortasında batırmağa çalışmaları, atəş açmaları insanlıq əleyhinə böyük cinayət və vicdansızlıqdır. Belə bir mühitdə hadisələrin Türkiyəyə qarşı yönəldilməsi başa düşülən olsa da, bu, əxlaqi, hüquqi və real məsələ deyil. Bu, sırf ikiüzlülük və riyakarlıqdır”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Milliyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalının Beştəpədə "Türk Dünyası Xəritəsi" ilə çəkdirdikləri foto beynəlxalq aləmdə əks-səda doğurub. Yunanıstan xəritədən narahat olduğunu, bunun hiddət doğuran addım olduğunu deyib. Rusiya isə “Xəritədə düzəliş edilməlidir” fikrini irəli sürüb. Yunan mətbuatı bu fotonun təxribat xarakterli olduğunu yazıb. "Greek City Times" xəbər saytı "Ərdoğan, Trakya və Kipr də daxil olmaqla Türk Dünyasının təxribatçı xəritəsi var" şərhini yazıb.
Türkiyə -Yunanıstan məsələlərini '"Sherg.az"a şərh edən beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli vurğulayıb ki, məsələnin başqa aspekti Fransa-Türkiyə münasibətlərinə aiddir:
"İki ölkə arasında Afrikada, Aralıq dənizi və dünyanın müxtəlif ölkələrində genişlənən formada mübarizə davam edir. Yunanıstan Fransanın alətlərindən biridir. ABŞ Yunanıstanı silahlandırır. Çünki Rusiyanın bölgəyə doğru artan nüfuzu var. Xüsusilə, Suriyadan uğur əldə etdikdən sonra Aralıq dənizinə çıxışı olan Tartus limanı rəsmi Moskvanın nəzarətinə keçdi. Toplaşmalar mübarizənin tərkib hissəsidir.
Lokal toqquşmaların olma ehtimalı var. Hər iki ölkəyə müharibə etməyə heç kim izin verməz. Yeganə məsələ Türkiyənin diqqətini Ege və Aralıq dənizi hissələrinə cəlb etməkdir. Yaxud başqa yerdə Türkiyəylə bağlı problemlər yaradıb, onun Şərqi Anadolu dənizindəki mövqelərini ələ keçirtməyə çalışırlar.
İndi isə Ege bölgəsində, həm Qara dəniz, həm də Şərqi Ağdəniz istiqamətində ərazi sularının müəyyənləşməsi problem kimi qalıb.
Dəniz hüquqlarına görə Türkiyə tənzimləmək istəyir, lakin Yunanıstan tarixə əsaslanır. Hətta Mersinə qədər gəlib çıxıblar". Analitikin sözlərinə görə, bu Yunanıstanın deyil, Fransa və Amerikanın həmləsidir:
"Türkiyədən coğrafiyada bəlli güzəştlər qopartmaq istəyirlər. Hadisələr toqquşma həddinə gələ bilər. Lakin savaşdan söhbət getmir. Yunanıstanın Fransadan "Rafale" tipli döyüş təyyarələri alması ciddi şəkildə hava üstünlüyü əldə etməsinə yaxındır. Bu Türkiyə üçün problem yarada bilər. Belə vəziyyət davam edəcək. Yunanıstanın indiki baş nazirinin Türkiyəyə tarixdən gələn nifrətlə yanaşması var.
Hakimiyyətlər tez-tez dəyişir, koalisiyalar var. Ona görə, növbəti hökumətə qədər gözləməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya