Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 67 şirkətinə və 81 vətəndaşına qarşı sanksiyaların qüvvəyə minməsi barədə fərman imzalayıb.
Sherg.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, sanksiyalar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı əsasında tətbiq olunub.
İki paketdən ibarət məhdudiyyətlərin birincisi 44 Rusiya vətəndaşını və 31 şirkəti əhatə edir. Bu siyahıya “Sapsan”, “Mavitekh” və “Siqnal” şirkətləri daxildir.
İkinci paket isə 37 vətəndaş və 36 şirkətə şamil olunur. Sanksiya siyahısında “Kapustin Yar” poliqonu, “Aqreqat” və “Novıy Rubej” şirkətləri də yer alıb.