"Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında ardıcıl 100 oyunda qol vuran ilk komanda olub.
Buna komanda çempionatın 13-cü turunda "Əl-Həzm"ə qarşı keçirilən matçda (1:0) nail olub.
Görüşün 26-cı dəqiqəsində portuqaliyalı yarımmüdafiəçi Samu Koşta fərqlənərək komandasını önə keçirib. Bu qol "Əl-Nəsr"in ardıcıl 100-cü çempionat matçında rəqib qapısına yol tapması ilə əlamətdar olub.
"Opta"nın məlumatına görə, komandanın bu seriyası 2023-cü ilin dekabrında "Ər-Riyad"la görüşdən başlayıb.
Qeyd edək ki, "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo matçın sonunadək meydanda olub. (qol.az)