Zelenski: Rusiyanın zərbələrini yalnız birgə sanksiyalar dayandıra bilər

Rusiyanın Ukraynaya endirdiyi zərbələri yalnız Ukrayna və beynəlxalq tərəfdaşların birgə sanksiyaları dayandıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

Dövlət başçısı Rusiyanın Dnepr şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə endirdiyi son zərbənin fəsadlarından danışıb. Onun sözlərinə görə, hücum nəticəsində "Nova poşta" terminalının anbar binası və ərazidəki avtomobillər tamamilə yanaraq kül olub. Hadisə yerinə 70-dək xilasedici və çoxlu sayda texnika cəlb olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Zelenski vurğulayıb ki, bu növ hücumların qarşısını almaq üçün Ukraynaya hərbi dəstək gücləndirilməli və Moskvaya təzyiqlər davam etdirilməlidir.