Arestoviç Dneprdəki partlayışın səbəbini açıqladı
Yusif Nəzərli
07:07 17.01.2023
Dünya
754
Ukrayna prezident ofisinin müşaviri Aleksey Arestoviç Rusiyanın Dneprdə hava hücumundan müdafiə raketinin vurulması ilə bağlı bəyanatını ciddi səhv adlandırıb.
O, rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə “YouTube”da söhbətində bəyanatla bağlı qalmaqala münasibət bildirib. Onun fikrincə, şəbəkədə belə qınaq dalğası cəmiyyətdəki güclü gərginlik, yaxud bot şəbəkəsi tərəfindən təşkil oluna bilər.
O, sözlərindən inciyən insanlardan üzr istəyib:
“Mən həlak olanların və yaralananların qohumlarından və yaxınlarından üzr istəyirəm. Bu faciəni şəxsən yaşayan və partlayış eşidən Dnepr sakinlərindən üzr istəyirəm, onlar bilirlər ki, yalnız bir raket olub. Həm də sözlərimdən inciyən bütün ukraynalılar və qeyri-ukraynalılardan da üzr istəyirəm”.
Xatırladaq ki, yanvarın 14-də rusiyalılar Dnepr çayına raket zərbəsi endiriblər. “X-22” raketi 1,1 mindən çox insanın yaşadığı çoxmərtəbəli yaşayış binasının bütün girişini məhv edib.
Axşam Arestoviç bildirib ki, guya bu raket Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən vurulub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri onun sözlərini təkzib edib.
Bu, sosial şəbəkələrdə kəskin reaksiyaya səbəb olub.
Yanvarın 16-da məlum olub ki, Ukrayna Ali Radasında Arestoviçin işdən çıxarılması üçün imzalar toplanır.
Mənbə: UNİAN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə