BMT-də Azərbaycanın təşəbbüsü ilə mədəniyyətlərarası dialoq forumu üzrə brifinq keçiriləcək
20:00 10.04.2024
Gündəm
466
Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycanın təşəbbüsü ilə "VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" üzrə birgə brifinq keçiriləcək.
"Report"un ABŞ bürosu xəbər verir ki, aprelin 12-də BMT-nin Nyu-Yorkddakı qərargah binasında keçiriləcək birgə brifinqdə "VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"nun təşkilat komitəsinin İşçi qrupunun rəhbəri, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüsdür. Təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir.
Qeyd edək ki, 2008-ci ildə əsası qoyulan "Bakı Prosesi" çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platformadır. 2011-ci ildə Bakıda ilk dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil edilib. BMT-nin Baş katibi "Bakı Prosesi"ni tanıyıb və mədəniyyətlər arasında dialoqun tərəfdarıdır. BMT Baş Assambleyası da ardıcıl olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təsdiqləyib.
Mayın 1-3-də Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Tədbir İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi