Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib
14:52 03.10.2024
Siyasət
436
Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib.
“Sherg.az” xəbər verir ki, tədbirdə Seneqal, Burkina Faso, Kamerun, Qvineya Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Nigerdən, həmçinin Mayotta adasından olan nümayəndələr iştirak ediblər.
Konfransın məqsədi Fransanın Afrikadakı neokolonial siyasətinin aktual məsələlərini və onun bu dövlətlərin sosial-iqtisadi inkişafına təsirini müzakirə etmək idi.
Tədbir çərçivəsində iştirakçıların öz təcrübələrini bölüşdükləri, müstəmləkəçiliyin nəticələri ilə mübarizə yollarını müzakirə etdikləri və Afrika ölkələrinin qlobal siyasətdə mövqelərini gücləndirmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyinin vurğulandığı üç panel iclas keçirilib.
Müstəmləkə keçmişini nəzərə alaraq Afrika dövlətləri üçün mərkəzi məsələlərdən biri olaraq qalan suverenlik mövzusuna xüsusi diqqət yetirilib.
Moderatorlar və iştirakçılar vurğulayıblar ki, beynəlxalq aktorlar Afrika ölkələrinin tam suverenliyinə nail olmaqda mühüm rol oynaya bilərlər. Bildirilib ki, Afrika zəngin təbii sərvətlərə və inkişaf potensialına baxmayaraq, iqtisadi müstəqillik yolunda maneələrlə üzləşməkdə davam edir.
Beynəlxalq konfransın iştirakçıları Fransanın və bir sıra digər ölkələrin müstəmləkəçilik siyasətinə qarşı mübarizədə BTQ-nin fəaliyyətinin əhəmiyyətini və məhsuldarlığını vurğuyıblar.
Sonda iştirakçılara BTQ-nin cari ildəki fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat