Polis Akademiyasında yeni tədris korpusu və yataqxana kompleksi istifadəyə verilib
07:28 21.10.2024
Sosial
290
DİN-in Polis Akademiyasında yeni tədris korpusu və yataqxana kompleksi istifadəyə verilib.
Bu barədə Sherg.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 103 illik zəngin ənənəyə malik Polis Akademiyası bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tarixi inkişaf mərhələsinə qədəm qoyub. Akademiyanın yeni inşa olunmuş 1500 nəfərlik tədris korpusu və yataqxana kompleksinin artıq kursantların istifadəsinə verilməsi məhz Ali Baş Komandanın hərtərəfli diqqətinin əyani təzahürüdür. Görülən son işlər sayəsində asayiş keşikçilərinin hazırlanması üçün Polis Akademiyasında müasir meyarlara cavab verən təhsil prosesinin həyat keçirilməsi məqsədilə infrastruktur təminatı ən yüksək səviyyəyə çatdırılıb, maddi-texniki baza daha da möhkəmləndirilib.
Polis Akademiyasında təhsil alan kursantlar hüquqi biliklərlə yanaşı kriminalistik tədqiqatlar, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları, habelə insan hüquqlarının təminatı, məntiq və yeni dövrün çağırışları ilə səsləşən ixtisaslar üzrə elmi-nəzəri praktiki biliklər qazanırlar. Müasir texniki və sinxron tərcümə avadanlıqları ilə təchiz edilmiş konfrans zalları beynəlxalq və respublika səviyyəli elmi-praktiki müzakirələrin aparılması, multimedia sistemi və dərslərin operativ təhlilinə imkan verən audio-video nəzarət vasitələri ilə təchiz olunmuş mühazirə zalları isə interaktiv üsullarla dərslərin keyfiyyətinin yüksəldilməsi və təhsilalanların fənnə olan marağının artırılması üçün nəzərdə tutulub. Akademiyada informasiya təhlükəsizliyi sahəsində xüsusi biliklərə yiyələnmək üçün geniş imkanlar yaradılıb. Burada təhsilalanlar xüsusi laboratoriyalarda kiberhücumlara qarşı dayanıqlılığın artırılmasının effektiv yollarını araşdırır, şəbəkə təhlükəsizliyi və məlumatların qorunması üsullarını peşəkar müəllimlərin köməyi ilə ilə dərindən mənimsəyirlər. Laboratoriyadakı informasiya təhlükəsizliyi avadanlıqlarının ehtiyat hissələri vasitəsilə cihazların texniki təmirini də öyrənib praktikada tətbiq edə biləcəklər. Qapalı və interaktiv atıcılıq tirində tapançadan atəş üçün 25 metrlik hədəf sistemləri, 12 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, elektron hədəf və monitorlar, eləcə də zəruri kommunikasiya qurğuları ilə təchiz edilib. Kursantlarda güc, çeviklik və dözümlülüyün inkişaf etdirilməsi məqsədilə hər bir yataqxananın və tədris korpusunun kürsülərində müasir avadanlıqlarla təchiz edilmiş idman zalları mövcuddur. Hər biri 500 nəfər üçün nəzərdə tutulmuş 1000 yerlik yeməkxana binasında yaradılan hərtərfli şəraitlə kursantların keyfiyyətli qidalanması təmin olunacaq. Zəruri mebel avadanlıqları ilə təchiz edilmiş 880 yerlik yeni yataqxana binası kursantların yaşaması və növbəti günə hazırlaşmasına xidmət edir. Tədris olunan fənlərə uyğun didaktik fondla təmin edilmiş oxu və qiraət zallarında kursantların dərslərə axşam saatlarında da hazırlaşmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, ölkədə və beynəlxalq aləmdə baş verən mühüm ictimai-siyasi və digər hadisələr barədə xəbərləri izləmək imkanı yaradılıb. İstirahət zonaları isə dərsdən kənar vaxtlarda kursantların açıq havada dincəlməsi, eyni zamanda aktual mövzular ətrafında diskussiyalar aparması üçün nəzərdə tutulub. Polis Akademiyasının yeni tədris korpusunda ən müasir standarltar əsasında görülən işlər kursantların təhsil səviyyəsi, fiziki gücü, dünyagörüşü və xidmət üçün vacib olan digər keyfiyyətləri ilə peşəkar polis zabiti kimi formalaşmasına vəsilə olacaq.
Akademiyanı bitirən yüzlərlə gənc daxili işlər və digər hüquq-mühafizə orqanlarında öz nümunəvi xidmətləri ilə fərqlənməklə ölkəmizin bu gün olduğu kimi gələcəkdə də sabitlik mühitinin qorunmasına və təhlükəsizliyinin təmin olunmasına dəyərli töhfələr bəxş edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beş gün ardıcıl iş olmayacaq
08:09 30.03.2026
Cəmiyyət
Pişiklər üçün ölümcül təhlükəli olan qida açıqlandı
07:57 30.03.2026
Sağlamlıq
İlk "Nərə"nin "Maska"sı açıldı
05:23 30.03.2026
Şou
Sinənizdə yatan pişiyiniz sizə nə anladır? - Mütəxəssis RƏYİ
03:53 30.03.2026
Sağlamlıq
İran uçuş qadağasını aprelin 5-nə qədər uzatdı
02:16 30.03.2026
Dünya
Çərəz yeyərkən "tək bir şərt" var!
01:37 30.03.2026
Sağlamlıq
Trampın təyyarəsi yaxınlığında PUA göründü
01:33 30.03.2026
Dünya
İranlılar anladılar ki, güclü təsir rıçaqları var - Hayms
00:54 30.03.2026
Dünya
AEBA: İranda ağır su istehsalı zavodu artıq fəaliyyət göstərmir
00:38 30.03.2026
Dünya
Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı
00:15 30.03.2026
Ekologiya
"Eşref Rüya" ilə bağlı qərar verildi
00:01 30.03.2026
Şou
Noyer geri dönür
23:54 29.03.2026
Futbol
Məşhur nazirin oğlu Ərəb Liqasının baş katibi seçildi
23:25 29.03.2026
Dünya
Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb
23:13 29.03.2026
Dünya
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya