Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin ilk iclası baş tutub
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin ilk iclası baş tutub
Yusif Nəzərli
16:03 12.02.2025
Ölkə
748
Fevralın 12-də Azərbaycan Prezidentinin 2024-cü il 10 iyul tarixli Sərəncamı ilə yaradılan III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası keçirilib. Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifovun rəhbərliyi ilə keçirilən iclasda Oyunlara hazırlıqla bağlı məsələlər ətraflı müzakirə edilib.
Sherg.az xəbər verir ki, iclasda qeyd olunub ki, III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.
Oyunlarda iştirak etmək üçün MDB ölkələrinin idman heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin idmançılarının da Azərbaycan Hökumətinin dəvəti əsasında iştirakları gözlənilir.
İclasda idman obyektlərinin hazırlığı, nəqliyyat və logistika məsələləri, iştirakçıların yerləşdirilməsi, könüllülərin cəlb olunması, akkreditasiya prosesi, oyunların mediada yayımı, açılış və bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər üzrə geniş təqdimatlar edilib.
Azərbaycan Prezidentinin lll MDB Oyunları ilə bağlı Tədbirlər Planının həyata keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsinin qarşısında qoyduğu vəzifələrin icrası və digər aidiyyəti məsələlər üzrə müvafiq tapşırıqlar verilib, qurumlar arasında əlaqələndirmənin təmin olunması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.
Sonda Təşkilat Komitəsinin sədri Samir Şərifov Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən idman sahəsində Birinci Avropa Oyunlarına, İslam Həmrəylik Oyunlarına və digər böyük tədbirlərə yüksək səviyyədə ev sahibliyini qeyd edərək, III MDB Oyunlarının da ölkəmizdə peşəkarlıqla və layiqincə keçirilməsi üçün səfərbər olmağın zəruriliyini Təşkilat Komitəsinin üzvlərinin diqqətinə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
19:54 12.11.2026
Siyasət
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə