“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
18:53 15.05.2025
Gündəm
587
"Yunanıstan tamamilə kənarda qalıb. Divarda bir mismarın başı qədər yerimiz belə yoxdur”
Yunanıstan mətbuatı son günlər beynəlxalq arenada Türkiyənin oynadığı əsas rolu tərifləyib. Beynəlxalq hadisələrin sıralandığı şərhdə, “Bütün oyunları Ərdoğan oynayır” ifadəsi yer alıb.
Sherg.az xəbər verir ki, Yunanıstanın nüfuzlu qəzetlərindən “Kathimerini”nin “Türkiyə Tramp dövründə yeni bir rolla” başlıqlı manşet xəbərində qeyd olunur ki, göstəricilər, Donald Trampın ABŞ prezidentliyi dövründə Türkiyənin rolunun daha yüksək səviyyələrə çıxacağını göstərir.
NATO Baş katibi Mark Ruttenin Almaniya və Türkiyə ilə əməkdaşlıq quraraq Türkiyəyə Eurofighter döyüş təyyarələrinin satılması üçün Avropa Birliyinə çağırış etdiyi vurğulanan xəbərdə, “Prezident Rəcəb Tayyib Ərdoğanın hökuməti silahlı qüvvələri yeni silahlarla gücləndirərkən, Türk müdafiə sənayesi yüksəliş dövrünü yaşayır” ifadəsinə yer verilib.
“Kathimerini” qəzetində dərc olunan “Ərdoğan diplomatik kapital toplayır” başlıqlı köşə yazısında isə bu həftənin Türkiyə üçün müsbət inkişaflarla dolu olduğu vurğulanır.
Ukrayna ilə bağlı danışıqların Türkiyədə keçirilməsinin də bu mühüm və müsbət hadisələrdən biri olduğu bildirilib. Şərhdə qeyd olunur: “Qlobal və regional güc mərkəzləri Türkiyəni dünya miqyasında hadisələrə birbaşa olmasa da, həlledici təsir göstərən bir aktor kimi görür. Vasitəçilik edə bilən, ən azı neytral və ya münaqişələrin həllində rol ala biləcək bir dövlət imici möhkəmlənməkdədir.”
Digər nüfuzlu qəzet “Ta Nea” isə belə yazıb: “Biz Tempi (qatar qəzası) ilə məşğul olduğumuz bir vaxtda və ətrafımızda seysmik və geosiyasi proseslər yaşanarkən, Yunanıstan tamamilə kənarda qalıb. Divarda bir mismarın başı qədər yerimiz belə yoxdur.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə