Tramp Ukrayna müharibəsinə son qoymaq üçün Putinlə görüşməli olduğunu bəyan edib
Yusif Nəzərli
05:58 17.05.2025
Dünya
415
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun iştirakı olmadan Rusiya və Ukrayna razılaşma əldə edə bilməyəcək.
APA xəbər verir ki, bu barədə Tramp Əbu-Dabidə “Fox News”a müsahibəsində deyib.
Trampın sözlərinə görə, Ukrayna müharibəsinə son qoymaq üçün o, Vladimir Putinlə bir araya gəlməlidir.
"Mənim Putinlə çox yaxşı münasibətim var. Düşünürəm ki, biz razılaşacağıq. Biz bir araya gəlməliyik və düşünürəm ki, yəqin ki, bunu planlaşdıracağıq", - o əlavə edib.
Qeyd edək ki, ötən gün İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar keçirilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyənin vasitəçiliyi ilə keçirilən gərgin diplomatik danışıqlar etimad gücləndirici tədbir kimi hər tərəfdən 1000 məhbusun mübadiləsi barədə razılıq əldə olunub. O bildirib ki, Ukrayna və Rusiya rəsmiləri atəşkəslə bağlı danışıqlar üçün yenidən görüşmək barədə prinsipial razılığa gəliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb
14:11 10.08.2026
Gündəm
Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi
14:10 10.08.2026
Dünya
Prezident Polşaya yeni səfir təyin edib
14:05 10.08.2026
Gündəm
SON DƏQİQƏ: Baxçalı “Terrorsuz Türkiyə” qanunu üçün TBMM-də
14:01 10.08.2026
Gündəm
İran XİN-dən Ər-Riyad, Ankara və İslamabadın sazişinə reaksiya
13:47 10.08.2026
Siyasət