Sərkisyan: Ermənistanda vətəndaş müharibəsi baş verə bilər
12:49 10.06.2025
Müsahibə
549
“Ermənistanda hakimiyyət dəyişikliyi uğrunda mübarizədə vətəndaş müharibəsi baş verə bilər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan jurnalistlərə deyib.
S.Sərkisyan rəhbəri olduğu “Şərəfim var” bloku tərəfindən Masis şəhərinin meri David Ambarsumyanın niyə Baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsü çərçivəsində baş nazirliyə namizəd kimi irəli sürülməsinə münasibət bildirib:
“Davit Ambarsumyan döyüşməyə qadirdir”.
Jurnalist ona əvvəllər hakimiyyətə can atmadığını iddia etdiyini, indi isə baş nazirliyə namizəd irəli sürdüyünü xatırladanda sabiq prezident belə cavab verib: “Bəli, biz hakimiyyətə can atmırıq. Bu mübarizə hakimiyyət üçün deyil, hakimiyyət dəyişikliyi üçündür”.
S.Sərkisyan küçə mübarizəsinə başlayacaqlarını açıqlayıb: “Əlbəttə, bunu edəcəyik. Küçəsiz necə olardı?”.
Keçmiş prezident ölkədə vətəndaş müharibəsi riskini də istisna etməyib: “Bu hakimiyyətlə ən inanılmaz şeylər baş verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya