DÇ-2026-nın əsas favoritləri kimdir?

"Opta" 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının qalibi olmağa namizəd ölkələri açıqlayıb.

Oxu.Az xəbər verir ki, hazırkı Avropa çempionu İspaniya yığması 17% şansla mundialın qalibi olmağa əsas favoritdir.

14.1 faizlə Fransa millisi ikinci yerdə, 11.8 faizlə İngiltərə millisi isə üçüncü yerdə qərarlaşıblar.

Son dünya çempionu Argentina millisi isə dördüncü yerdədir. Onların çempionluq şansı 8.7 faiz qiymətləndirilib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.