Son xəbərlər

“Fənərbaxça” “Arsenal”ın müdafiəçisi üçün rəsmi təklif göndərdi

“Fənərbaxça” “Arsenal”ın 22 yaşlı müdafiəçisi Kristian Moskeranı icarəyə götürmək istəyir.

Sherg.az xəbər verir ki, “Fanatik” nəşrinin məlumatına görə, London klubu futbolçunun icarəyə göndərilməsinə müsbət yanaşır. Lakin “Arsenal” onun müəyyən sayda oyunda meydana çıxmasına təminat istəyir, “Fənərbaxça” isə maaşının bir hissəsinin qarşılanmasını gözləyir.

Moskeraya “İnter”, “Benfika”, “Əl-Nəsr” və “Əl-Hilal” da maraq göstərir. 2025-ci ildə “Valensiya”dan “Arsenal”a transfer olunan müdafiəçi bu mövsüm 5 rəsmi oyunda 377 dəqiqə meydanda olub.