"Fənərbağça" "Ferentsvaroş"un müqavimətini qıra bilmədi

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasında növbəti matçını keçirib.

Axar.az xəbər verir ki, Türkiyə komandası V turda Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edib.

İstanbulda keçirilən görüşdə 1-1 hesablı bərabərlik qeydə alınıb.

Bu nəticə ilə xallarının sayını 8-ə çatdıran "Fənərbağça" 14-cü sıraya yüksəlib. "Ferentsvaroş" 11 xalla dördüncüdür.

Qeyd edək ki, "Fənərbağça" növbəti turda Norveçdə "Brann"la üz-üzə gələcək.