“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

“Trendyol Super Liqa”nın 14-cü turunda 1 dekabr bazar ertəsi günü səfərdə “Fənərbaxça” ilə qarşılaşacaq “Qalatasaray” hazırlıqlarını başa vurub.

Sherg.az klubun yaydığı məlumata əsasən xəbər verir ki, Kemerburqaz Metin Oktay Təlim-Məşq bazasında keçirilən məşq dinamik isinmə ilə başlayıb, 8-ə-2 pas çalışması ilə davam edib və taktiki hazırlıqla yekunlaşıb.

Zədə problemi yaşayan Viktor Osimhen, Mario Lemina və Yunus Aqgün derbi öncəsi son məşqdə komanda ilə birlikdə çalışıblar. Xüsusilə Yunus Aqgün tam sağalaraq kollektivə qoşulub.

“Qalatasaray” – “Fənərbaxça” qarşılaşması 1 dekabr saat 20:00-da “Çobani” stadionunda keçiriləcək.

Qalereya