İran nümayəndə heyəti dekabrın 5-də ABŞ-nin Vaşinqton şəhərində keçiriləcək DÇ-2026-nın püşkatma mərasimini boykot edəcək.
Teleqraf xəbər verir ki, buna səbəb ABŞ hakimiyyətinin İran nümayəndə heyətinin bəzi üzvlərinə viza verməkdən imtina etməsi ilə bağlıdır.
"Biz FIFA-ya verilən qərarların idmana heç bir aidiyyəti olmadığını və İran nümayəndə heyətinin üzvlərinin dünya çempionatının püşkatmasında iştirak etməyəcəyini bildirdik", - deyə İran Futbol Federasiyasından "Associated Press" agentliyinə deyilib.
Qeyd edək ki, İran yığma komandası DÇ-2026-nın qrup mərhələsinin püşkatmasının ikinci səbətə yer alıb.