2026-cı il FIFA Dünya Kubokunun finalında İspaniya ilə Argentina qarşılaşacaq. Futbolsevərlərin diqqəti Lionel Messi ilə Lamine Yamal arasında 19 il əvvələ uzanan maraqlı hekayəyə yönəlib.
Sherg.az xəbər verir ki, 2007-ci ildə UNICEF və "FC Barselona" Fondunun xeyriyyə kampaniyası çərçivəsində keçirilən fotosessiyada gənc Messi həmin vaxt cəmi bir neçə aylıq olan Yamalı vannada çimizdirib.
Ehtiyac sahibi ailələrə dəstək məqsədilə hazırlanan təqvim üçün çəkilən bu fotolar Yamalın dünya futbolunun parlayan ulduzuna çevrilməsindən sonra yenidən gündəmə gəlib.
Həmin şəkil barədə danışan Yamal, “Bəli, bir az böyümüşəm. Messi ilə Dünya Kuboku finalında qarşılaşmağı çox istərdim”, - deyə bildirib.
Beləliklə, 19 il əvvəl eyni fotoda yer alan Messi və Yamal bu dəfə Dünya Kuboku finalında rəqib kimi üz-üzə gələcəklər.