Mourinyo: “Xəyanət var” - Prezident də müdaxilə etdi

"Benfika"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya Kubokunda "Atletiko CP" üzərində 2-0 qələbədən sonra oyunçularına qarşı sərt çıxış edərək bildirib ki, “potensialını tam ortaya qoymayan, mənə xəyanət edən oyunçuları sevmirəm.”

Sherg.az xəbər verir ki, bu sözlərdən sonra klub prezidenti Rui Costa da açıqlama verərək, Mourinyonun təcrübəsinə güvəndiyini və oyunçuların baş məşqçinin mesajlarını yaxşı qəbul etdiklərini söyləyib. Costa əlavə edib ki, ilk yarıda oyunçuların çıxışından narazı qaldığı üçün ilk 11-i dəyişməzdi.

Mourinyo isə matçın ilk yarısında bəzi oyunçuların yetərincə ciddi olmadığını və devrə arası 9 dəyişiklik etmək istədiyini bildirib. O, sistemin deyil, bəzi oyunçuların performansının problemi olduğunu vurğulayıb.