Qurban Qurbanova anlamlı hədiyyə təqdim edildi

Türkiyəli məşhur futbol şərhçisi Ertem Şener "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Teleqraf xəbər verir ki, o, azərbaycanlı mütəxəssisə Türkiyə milli komandasının formasını və bir top hədiyyə edib.

Ertem Şener bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Qurbanov Şenerə təşəkkür edərək Türkiyə yığmasına DÇ-2026-nın seçmə mərhələ oyununda uğurlar arzulayıb. O, hədiyyəni şəxsi otağında saxlayacağını bildirib.