İspan mətbuatı Victor Osimhen üçün diqqət çəkən bir transfer iddiası yayıb. Bildirilir ki, “Real Madrid”, gələn mövsüm üçün Osimheni transfer etmək məqsədilə 100 milyon avroluq təklif hazırlayıb.
Sherg.az xəbər verir ki, 26 yaşlı Nigeriyalı hücumçunun “Qalatasaray”la 2029-a qədər müqaviləsi var. Osimhenin yüksək performansı və komanda içindəki rolu, Madridin onu strateji bir seçim kimi görməsinə səbəb olub. Transferin ən böyük əngəli isə “Qalatasaray”ın onun 75 milyon avro transfer haqqını ödəyərək alması və iqtisadi itkisiz ayrılığa razı olmamasıdır.