Ulduz futbolçu Kriştianu Ronaldu ilə sevgilisi Corcina Rodriqesin toy mərasiminin məkanı məlum olub.
Teleqraf xəbər verir ki, bu barədə "Jornal da Madeira" qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, cütlük 2026-cı ilin yayında Portuqaliyanın Madeyra adasında evlənəcəklər.
Mərasim Ronaldunun doğma şəhəri Funşaldakı kafedralda keçiriləcək və şənliklər lüks oteldə davam edəcək.
Toyun DÇ-2026-dan sonra təşkil olunacağı dəqiqdir.
Qeyd edək ki, avqustun 11-də Corcina Rodriqes sosial şəbəkə hesabında Kriştianu Ronaldudan nişan üzüyü alması ilə bağlı şəkil paylaşıb. Onlar on ildən artıqdır birlikdədir.