Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki,hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
2005-ci il təvəllüdlü Nurlan Musayev münaqişə zəminində, bacısı, 1990-cı il təvəllüdlü Minayə Nəbiyevanı bıçaqlayıb.
Hadisə zərərçəkən şəxsin ofisiant işlədiyi, Şəmkir şəhəri ərazisində yerləşən kafenin qarşısında baş verib.
M.Nəbiyeva xəstəxanaya çatdırılıb, vəziyyəti orta ağırdır.
Nurlan Musayev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.