Süper Liqanın 14-cü turunda "Fənərbaxça" və "Qalatasaray" 1 dekabr, saat 20:00-da Kadıköy stadionunda qarşılaşacaq.
Sherg.az xəbər verir ki, bu matç həm də liqanın ən çox qol vuran iki komandasının duelinə çevriləcək.
"Fənərbaxça" 30, "Qalatasaray" isə 28 qol ilə liqada birinci və ikinci pillədədir. Derbinin diqqət mərkəzində "Qalatasaray"dan Mauro İkardi və "Fənərbaxça"dan Youssef En-Nesyri olacaq; hər ikisi bu mövsüm 7 qol vurub.
Həmçinin, müdafiəçilər də komandaların hücumuna töhfə verir: "Qalatasaray"da Eren Elmalı 3, Davinson Sanchez 1 qol vurub. "Fənərbaxça"da Archie Brovn 2, Milan Skriniar və Nelson Semedo 1 qol atıb.