UEFA Gənclər Liqası: "Qarabağ"ın "Napoli" ilə oyunu yarımçıq dayandırılıb

"Qarabağ" klubunun U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" ilə oyunu əlverişsiz hava şəraitinə görə yarımçıq dayandırılıb.

"Report"un məlumatına görə, İtaliyada baş tutan qarşılaşma 64-cü dəqiqədə şiddətli yağış səbəbindən yarıda qalıb.

Hazırda qarşılaşmanın çexiyalı baş hakimi Dominik Starı yağışın səngiməsini gözləyir. Matçın qaldığı yerdən davam etmə ehtimalı var.

Qeyd edək ki, sözügedən matçda "Napoli" 1:0 hesabı ilə öndədir.

"Qarabağ" və "Napoli"nin əsas komandaları isə bu gecə Bakı vaxtı saat 00:00-da qarşılaşacaqlar.