UEFA İsrailin beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə bağlı mümkün şərtləri müzakirə edir.
Teleqraf “The Athletic” nəşrinə istinadən xəbər verir ki, İsrail və HƏMAS arasında atəşkəs elan olunduğu vaxtdan bir neçə milli futbol assosiasiyası bu məsələ ilə bağlı quruma müraciət edərək mövzunun gündəmə gətirilməsini tələb edib.
UEFA isə İsraili təkbaşına kənarlaşdırmaq istəmir, çünki digər idman qurumları ilə ziddiyyət yarana biləcəyindən ehtiyat edir. Qurum hazırda İrlandiya və İsveçrədə davam edən məhkəmə proseslərini diqqətlə izləyir. Bu proseslər, nəzəri baxımdan, UEFA-nı beynəlxalq hüququn tələblərinə uyğun addım atmağa məcbur edə bilər.
Ən vacib görüşlərdən biri 15 oktyabrda UEFA-nın mənzil-qərargahında keçirilib. Həmin həftə Uest-Midlends polisi təhlükəsizlik səbəblərinə görə Təl-Əviv “Makkabi” azarkeşlərinin “Aston Villa” ilə matça səfərini qadağan etmişdi.
Mənbələrin məlumatına görə, məhz bu hadisədən sonra UEFA, qərarvermə prosesində istifadə olunmaq üçün fəallardan insan hüquqları üzrə ekspert rəylərini təqdim etmələrini istəyib.