Zinəddin Zidanın Fransa millisinin yeni baş məşqçisi olacağı iddia edilib.
Teleqraf “L’equipe” nəşrinə istinadla xəbər verir ki, Didye Deşam İngiltərəyə qarşı keçiriləcək matçda sonuncu dəfə yığmaya rəhbərlik edəcək.
Zidanın sentyabrın 1-dən etibarən Fransa millisində fəaliyyətə başlayacağı bildirilib.
Onun rəhbərliyi altında komandanın ilk oyunu UEFA Millətlər Liqasında Türkiyə yığmasına qarşı olacaq. Qarşılaşma sentyabrın 25-də Kocaeli stadionunda keçiriləcək.
Qeyd edək ki, Zinəddin Zidan 2021-ci ildə “Real Madrid”dən ayrıldıqdan sonra heç bir komandaya rəhbərlik etməyib.