“1033” gecə klubunun rəhbəri həbs edilib - FOTO/VİDEO
Yusif Nəzərli
14:01 23.11.2021
Gündəm
312
Paytaxtın Yasamal rayonunda yerləşən “1033” gecə klubunda koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı gecə klubuna gələn şəxslərin COVID-19 pasportunun yoxlanılmadığı, masalararası məsafənin gözlənilmədiyi, müştərilərə qəlyan təklif edildiyi və bu kimi digər karantin qaydalarının kobud şəkildə pozulduğu müəyyən olunub. Tədbir nəticəsində gecə klubunun rəhbəri, əvvəllər məhkum olunmuş Mehdi Abbasov və orada işləyən xidməti personal saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb və “1033” gecə klubunun rəhbəri Mehdi Abbasov tutularaq istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region