Brüssel görüşündən GÖZLƏNTİLƏR:“Sərhədlərin delimitasiyası prioritetdir”
Yusif Nəzərli
14:57 22.11.2021
Siyasət
500
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Danışıqlar Avropa İttifaqı Şurası Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi reallaşan təklif əsnasında baş tutacaq. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlum təklifə Azərbaycan tərəfinin razılıq verdiyini açıqlayıb. O,noyabrın 19-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin İ. Əliyev və N.Paşinyanla telefon danışığının baş tutduğunu bildirib.
Danışıq zamanı Aİ Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Aİ Şurasının Prezidenti postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyinin dəfələrlə dövlət başçısı tərəfindən, o cümlədən beynəlxalq platformalarda səsləndirildiyini və Brüssel Zirvəsinin eyni zamanda bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab etdiyini diqqətə çatdırıb.
Maraqlıdır tərəflər arasında baş tutacaq Brüssel görüşündən gözləntilər nələrdir? Görüşdə hansı mövzular masaya qoyulacaq?
Bu barədə “Sherg.az”a danışan siyasi analitik Turab Rzayev bildirib ki, hər iki tərəf əvvəla Ermənistan-Azərbaycan sərhəddindəki təxribatların azadlıması mövzusuna diqqət çəkəcək:
“Sərhəddə yaranmış insan itkilərinə səbəb olan toqquşmaların aradan qaldırılması başlıca istiqamət olacaq. İkinci məsələ sərhədlərin delimitasiyası mövzusudur. Bu yöndə hər iki tərəf arasında və ya vasitəçilərin iştirakı ilə işçi qrupu, işçi komissiyasının yaradılacağının müzakirə ediləcəyini düşünürüəm”.
Analitik nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı ümumi fikir mübadiləsi aparılacağını vurğulayıb və bunda əsas diqqətin Zəngəzur dəhlizinin açılması məsələsi üzərində cəmlənəcəyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm