Zelenski:“Ölkəmizin müdafiəsində tək qaldıq”
Yusif Nəzərli
10:56 25.02.2022
Siyasət
1197
Ukrayna prezidenti Volodimir Zelenski açıqlamasında ordunun ölkəni qoruya bildiyini deyib.
“Sherg.az” xəbər verir ki, o, bu barədə “Facebook”da məlumat yayıb. V. Zelenski Hostomel hava limanını Rusiya qüvvələrindən geri aldıqlarını xatırladıb və son məlumatlara görə, 137 vətəndaşın həyatını itirdiyini qeyd edib.
Hökumət qərargahında qalaraq işlərini davam etdirdiklərini açıqlayan Zelenski, düşmənin bir nömrəli hədəfinin özü olduğunu bildirib:
"Aldığımız məlumata görə, düşmən məni bir nömrəli hədəf kimi qoyub. Ailəm isə iki nömrəli hədəfdir. Onlar dövlət başçısını məhv edərək, Ukraynanı yox etmək istəyirlər”.
Rusiya təxribat bölmələrinin Kiyevdə olduğunu qeyd edən V.Zelenski əhalini diqqətli olmağa və komendant saatı qaydalarına əməl etməyə səsləyib. V. Zelenski ölkəsinin Rusiyaya qarşı müdafiəsində tək qaldıqlarını söyləyib:
"Rusiya ilə bitərəflik statusu haqqında danışmaqdan qorxmuruq. Bəs, bizim hansı təhlükəsizlik zəmanətimiz olacaq? Ukraynaya təkcə sözdə deyil, müəyyən mənada dəstək verən ölkələrə də minnətdarıq. Ancaq ölkəmizin müdafiəsində tək qaldıq. Kim bizimlə birgə döyüşməyə hazırdır? Heç kimi görmürəm. Ukraynanın NATO-ya daxil olmasına kimsə zəmanət verməyə hazırdırmı? Hamı qorxur.
Onlar Ukraynanın neytral statusundan danışmaq istəyirlər. Bütün tərəfdaşlarıma deyirəm, indi ölkəmizin taleyi müəyyənləşir. Onlardan soruşuram ki, "bizimləsən?" , buna bizimlədirlər deyə cavab verirlər, amma bizi NATO-ya qəbul etməyə hazır deyillər”.
Avropadakı 27 liderin qorxduğunu vurğulayan Zelenski, "Onların hamısı qorxur, biz də qorxmuruq” deyə əlavə edib.
Çimnaz
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
15:57 18.11.2026
Hadisə