Qətər və Çin ən böyük LNG müqaviləsi imzalayıb
Yusif Nəzərli
04:20 22.11.2022
İqtisadiyyat
526
“Qatar Energy” şirkəti Çinin “Sinopec” şirkəti ilə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair müqavilə imzalayıb.
Sənəd 27 il müddətinə imzalanıb və bu, tarixdə ən uzun LNG tədarükü müqaviləsidir.
Müqavilənin şərtlərinə əsasən, “Qatar Energy” bu müddət ərzində Çinə ildə 4 milyon ton LNG tədarük edəcək. Sövdələşmənin həcmi 60 milyard dollar həcmində qiymətləndirilir.
Qətər İranla ortaq olduğu dünyanın ən böyük neft və qaz yatağının bir hissəsi olan Şimal yatağından qaz tədarük edəcək. O, İranda Cənubi Fars adlanır. Bu, Şimalda hasilatın genişləndirilməsi və qazın mayeləşdirilməsi imkanlarının artırılması çərçivəsində Qətərin imzaladığı ilk müqavilədir.
Altı LNG emalı stansiyasının istifadəyə verilməsi Qətərə 2027-ci ilə qədər hasilatı 60% artırmaqla hər il 126 milyon tona qədər qazı mayeləşdirməyə imkan verəcək. Hazırda ölkədə ildə 77 milyon ton LNG istehsal olunur.
Çinlə imzalanma mərasimi zamanı Qətər rəsmiləri həmçinin bildiriblər ki, oxşar sövdələşmələr Çin və hətta Avropadakı digər alıcılarla da müzakirə olunur.
Mənbə: Kommersant
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm