Qazaxıstan Azərbaycan ərazisindən neft nəqli üçün ixracatçı seçir
Yusif Nəzərli
07:29 22.11.2022
İqtisadiyyat
530
"Qazaxıstan 2023-cü ildən etibarən Qazaxıstan neftini Azərbaycan ərazisindən nəql edəcək neft şirkətini müəyyən edilməsi üzərində işləyir".
"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə "KazMunayQaz"ın İdarə Heyətinin sədrinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev bildirib.
Onun sözlərinə görə, hazırda danışıqlar uğurla davam etdirilir: "Eyni zamanda, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,5 milyon ton neftin nəqlinə dair 5 illik müqavilə imzalanıb.
Gələcəkdə həcmlərin artacağını gözləyirik. Çünki bunda təkcə biz deyil, Azərbaycan da maraqlıdır".
Daha əvvəl Qazaxıstanın energetika naziri Bolat Akçulakov bildirmişdi ki, bu istiqamətdə ixracın 6-6,5 milyon tona çatdırılması nəzərdə tutulur.
"Neft ixracının şaxələndirilməsi üçün xüsusi yol xəritəsi işlənib hazırlanıb. Xüsusən də, bu, Aktau limanından Bakı limanına, oradan isə Bakı-Tbilisi-Ceyhan boru kəməri istiqamətindədir. Bundan əlavə Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu istiqamətləri də var. Həmçinin Çin istiqaməti də var. Hazırda bütün bu istiqamətlərdə neft ixracı potensialının genişləndirilməsi və artırılması ilə bağlı işlər aparılır. O cümlədən, hazırda bizim yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 1,5 milyon ton neft nəql etməklə bağlı sazişimiz var və bu həcmin 6-6,5 milyon tona çatdırılması üzərində iş gedir”, - nazir bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm