Təəssüf ki, bizdən övladlarımıza çox pis miras qalıb
"Hamı sadə başdaşı düzəltdirsəydi..." - Elvinlərin ağır yükü
Yusif Nəzərli
06:50 08.06.2023
Cəmiyyət
708
Çiynini bu qədər ağır yükün altına verməməlidir
Təəssüf ki, bizdən övladlarımıza çox pis miras qalıb
“Biz nə qədər ki, bu cür çürük düşüncə ilə yaşayacağıq, balaca elvinlər küçələrdə su satıb atalarına qara mərmərdən başdaşı düzəltmək məcburiyyətində qalacaqlar”
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...
Bu sözlər mərhum Xalq şairi Vaqif Səmədoğluna aiddir. Olumla ölümün haqq olduğunu, dünyanın faniliyini, heç nəyin və heç kimin əbədi olmadığını çoxlarından yaxşı dərk edən şair, elə-belə yazmayıb bu misraları.
Mövzuya keçmədən qeyd edək ki, 76 yaşında vəfat edən Xalq şairinin məzarına vəsiyyətinə uyğun olaraq başdaşı qoyulmayıb, qəbirüstü abidə yalnız sinə daşından ibarətdir. Sinə daşında şairin yaradıcılığından bir neçə misra sitat gətirilib və həmin misralara uyğun olaraq məzar üstünə bir cüt ayaqqabı da qoyulub.
İslam dinində də dəfnlə bağlı bütün israflara yox deyilib. Həm ehsanda, həm məzarda. Yəni dinimiz hər cür israfçılığı, dəbdəbəni qadağan edir. Amma ki, kimə deyirsən... Xalq olaraq məzar daşı stereotipini qıra bilmirik. Dəfn, məzarlıq məsələləri xalqımızın təfəkkürü, dünyagörüşü və həm də adət-ənənə ilə bağlı olduğundan rəsmi qurumlara da qərar vermək çətindir.
Şöhrətpərəst insanların məzar daşı “sevgisi” imkansız ailələri çətin duruma salır. Yaşının az olmasına rəğmən el qınağından çəkinən balaca Elvin də atasına məzar daşı qoymaq üçün gecə-gündüz işləyib, balaca canı ilə su satıb.
Bu barədə sosial şəbəkələrdə video yayılıb. Xatırladaq ki, Elvinin görüntülərini yoldan keçən sürücülərdən biri lentə alıb. O, yolda təsadüfən dayanan avtomobil sürücüsündən onu getdiyi yerə qədər aparmasını xahiş edib. Sürücü ondan nə üçün ora getdiyini soruşduqda isə Elvin atasının qəbir daşını hazırlatmaq üçün işləyib pul yığdığını bildirib. Sözügedən görüntülər bir çox sosial platformalarda yayılaraq viral olub. Azyaşlının bu addımı böyük rəğbətlə qarşılanıb.
Amma burada diqqət ediləsi məqam iki balaca uşağın minbir əziyyətlə qazandığı pulun başdaşı üçün yığılmasıdır. Bu pulun onların təhsilinə, səhhətinə deyil, atasının “soyuq” məzar daşına yığılmasıdır. Ən dəhşətlisi isə balaca Elvinin özünü buna məcbur hiss etməsidir. Elvin özünə bu qədər əziyyəti verir ki, “filankəsin oğlu onun üçün özü boyda daş qoydu, bu isə yetimdir”, - deyə ona tənə etməsinlər.
Qeyd edək ki, Gədəbəy rayonu, Slavyanka kənd sakinləri 10 yaşlı Elvin Elbrus oğlu Yusibov və qardaşı 13 yaşlı Emin Elbrus oğlu Yusibovun hər birinə ailə başçısını itirməyə görə 120 manat aylıq müavinət verilir. Həmçinin nənələri (qəyyumları) Fatma Bəşir qızı Yusibovaya 327,2 manat yaşa görə pensiya ödənilir.
"Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə isə “Sherg.az”a açıqlamasında bu məsələdə cəmiyyəti qınayıb. Onun sözlərinə görə, təkcə toylarımızı deyil, yaslarımızı da dəbdəbəli şəkildə qeyd etdiyimiz üçün sosial vəziyyəti yaxşı olmayan ailələr ciddi çətinliklərlə üz-üzə qalırlar:
“Niyə hamı dünyadan köçən əzizinə qara mərmərdən başdaşı hazırlatmalıdır? Niyə əzizini itirmiş adamın 40 gün qapısına ayaq döyüb onun ailəsini borc-xərcə salmalıyıq? Bilirsiniz, əgər hamı mərhum qohumları üçün sadə başdaşı düzəltdirsəydi, zavallı Elvin də çiynini bu qədər ağır yükün altına verməzdi. Təəssüf ki, bizdən övladlarımıza çox pis miras qalıb. Altmış il yaşayıb 30 nəfərə xeyir verməyən bəzi adamlar övladlarının toyuna 300-500 qonaq çağırır. Nəticədə nə qədər adam xərcə düşür, balasının boğazından kəsib toya pul yazdırır. Bu məclisləri daha məhdud çevrədə etmək doğru olmazmı? Təkcə şad günümüzdə deyil, bəd günümüzdə də özümüzü kimlərəsə göstərmək istəyirik.
Bu fikri əvvəllər də demişəm, sağlığında atasına bir cüt corab almayan bəzi adamlar valideyni dünyasını dəyişəndə yas süfrəsinə min cür nemət düzür, masaya banan qoyur. Hansı ki rəhmətlik atası sağlığında o bananın dadını bilməyib.
Biz nə qədər ki, bu cür çürük düşüncə ilə yaşayacağıq, balaca elvinlər küçələrdə su satıb atalarına qara mərmərdən başdaşı düzəltmək məcburiyyətində qalacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə