Taksi xidməti sahəsində qayda-qanun yaradılsın!
Yusif Nəzərli
11:49 09.06.2023
Cəmiyyət
585
Çıxış yollarından biri dövlətin nəzarəti altında fəaliyyət göstərə biləcək xüsusi şirkətin yaradılmasıdır
Taksi fəaliyyəti ilə bağlı narazılıqlar artmaqdadır. Taksi xidmətində olan xaotik vəziyyət nəinki sərnişin və sürücüləri narahat edir, eyni zamanda ictimaiyyət arasında ciddi narazılığa, ictimai nəqliyyatın hərəkətinin pozulmasına, paytaxtda uzun tıxaclara səbəb olur. Taksi sürücülərinin bu fəaliyyətdən qazancları elə də çox deyil. Bəzən isə bank hesablarına köçən pulu taksi sürücüləri həftələrlə ala bilmirlər.
Millət vəkili Cavid Osmanov “Şərq”ə açıqlamasında deyib ki, taksi şirkətlərinin keyfiyyətli xidmət göstərməsi, həmçinin taksi xidmətindən istifadə edən vətəndaşlarımızın təhlükəsizliyi çox önəmlidir: “Azərbaycanda taksi xidmətlərində keyfiyyətin, eyni zamanda təhlükəsizliyin tənzimlənməsi çox vacibdir. Bu sahədə ciddi islahatlara ehtiyac var. Vətəndaşlarımızın təhlükəsizliyi ən öndə dayanan məsələdir. Sərnişinlərə normal münasibətin göstərilməsi çox vacibdir. Zaman-zaman KİV-də, sosial şəbəkələrdə paylaşılan məlumatlarda da görürük ki, bəzi hallarda xüsusən xanımlara qarşı çox qeyri-etik davranışlar sərgilənir. Bu cür sürücülərin qeyri-peşəkarlıqları səbəbindən ölkədə nəqliyyat hadisələrinin, qəzaların sayında da ciddi artım müşahidə olunur. Bu da vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasında problem yaradır”.
C.Osmanovun sözlərinə görə, hazırda fəaliyyət göstərən taksi şirkətləri qarşısında konkret vəzifələr müəyyənləşdirilməlidir: “Avtomobillərin texniki göstəriciləri, sürücülərin peşəkarlığı, eyni zamanda onların psixoloji durumları ciddi araşdırılmalı, bundan sonra fəaliyyətə başlamalıdırlar. Bununla bağlı müvafiq dövlət qurumları tərəfindən konkret qaydalar müəyyənləşdirilməli, bu qaydalara məsuliyyətlə riayət olunmalı, narazılıqların qarşısı alınmalıdır. Əks halda, yeni, tam dövlətin nəzarəti altında fəaliyyət göstərə biləcək xüsusi şirkətin yaradılması çıxış yollarından biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə