
Əsl kərə yağını necə müəyyən etmək olar? - Ekspert açıqladı
Yusif Nəzərli
12:58 09.06.2023
Cəmiyyət
1361
"Kərə yağı mətbəximizin ən vazkeçilməzidir. Qida dəyəri yüksək olan heyvan mənşəlidir. 82-82.5 % süd yağından əldə edilir".
Bunu "Sherg.az"a qida mütəxəssisi Asim Vəliyev Masallıda fəaliyyət göstərən yağ istehsalı müəssisəsində nöqsanların aşkarlanmasından danışarkən deyib. Ekspertin sözlərinə görə, işbazlar istehlakçıların ən çox üstünlük verdiyi yağları tanıyırlar, ona görə də qida hiylələrinə əl ataraq, "kərə yağı" adı ilə qeyri-təbii, qatqılı yağları satışa çıxarırlar:
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) reydlər, monitorinqlər həyata keçməsinə baxmayaraq, bu istiqamətdə önləyici tədbirlər kifayət etmir. İstehlakçılar maarifləndirilməli və vətəndaş nəzarəti gücləndirilməlidir. Nəticədə alıcılar əsl kərə yağı ilə saxtanı biri-birindən ayırd etməyi bacaracaq. Həm də ucuz qiymətə sözügedən ad altında satılan yağlardan imtina edəcəklər".

Mütəxəssis əsl kərə yağını müəyyən etmək üçün bir neçə məqamı diqqətə çatdırıb:
"Kərə yağının kiçik bir hissəsini kəsib, isti suyun içinə salın. Yağ tək parça halında suda əriməyə başlayırsa, təmizdir. Əks halda bütövlükdə yox, hissələrə ayrılmış şəkildə əriyirsə, əsl kərə yağı deyil. Deməli, tərkibinə marqarin qarışdırılıb. Yoxlamağın başqa bir üsulu - kərə yağını otaq temperaturunda bir neçə saat saxlayın. Su kimi əriyirsə, təmiz yağ deyil. Əsl kərə yağı otaq temperaturunda ərimir, ancaq yumşalır. Təbii kərə yağını əritdiyimiz zaman iştah açan qoxuya malik olur və köpüklənir. Əks halda demək, marqarin qarışdırılmış saxta yağdır. Yaxud da tavada əriyərkən rəngi tündləşirsə, rəngləndiricinin qatılma ehtimalı var. Məsələn, sarı rəngdədirsə, əridiyi zaman tünd qızılı rəngə çalırsa, qatqılı, saxta yağdır. Əsl kərə yağının qiyməti daha bahadır. Çünki süd yağı istifadə olunur. Təzə süddən hazırlanır".
Qeyd edək ki, Masallıda fəaliyyət göstərən yağ istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə