Alman nəşriyyatı Qafqaz Albaniyasının tarixini təhrif edən məlumat-sorğu kitabı çap edib
Yusif Nəzərli
11:40 12.06.2023
Cəmiyyət
479
Alman nəşriyyatı Qafqaz Albaniyasının tarixini təhrif edən məlumat-sorğu kitabı çap edib.
Almaniyanın akademik ədəbiyyat nəşri üzrə ixtisaslaşan De Gruyter nəşriyyatı Qafqaz Albaniyasına dair məlumat-sorğu kitabı (Caucasian Albania. An International Handbook. Edited by Jost Gippert and Jasmine Dum-Tragut) nəşr etmişdir. Nəşriyyatın təqdim etdiyi xülasədə Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra bölgənin tarixi, mədəniyyəti və mədəniyyət abidələrinə münasibətdə təftişçiliyindən bəhs olunur, məlumat-sorğu kitabının Qafqaz albanlarına dair tədqiqatların müasir vəziyyətinin obyektiv, elmi cəhətdən əsaslandırılmış icmalının verildiyi bildirilir. Qeyd edilir ki, toplu müxtəlif tədqiqat istiqamətləri üzrə dünya miqyaslı alim, tədqiqatçı və praktikləri birləşdirir.
(https://www.degruyter.com/document/doi/10.1515/9783110794687/html?lang=en)
Məlumat sorğu kitabı ilə tanışlıq bu iddiaların tamamilə yanlış olduğunu sübut edir. Belə ki, bu kitabda Azərbaycan albanşünaslığı tamamilə inkar edilmiş, Azərbaycandan bir müəllif də onun yazılmasına dəvət edilməmişdir. Məlumat-sorğu kitabı, əsasən, ermənişünaslar və etnik erməni tədqiqatçıların (A. Drost-Abqaryan, A.Kazaryan, P.Donabedyan, H.Petrosyan, A.Akopyan və b.) iştirakı ilə yazılmışdır. Bu halda, obyektivlikdən danışmaq qeyri-obyektivlikdən xəbər verir. Kitabın məlumat-sorğu xarakteri daşıması da təsadüfi deyil. Onu hazırlayanlar bununla daha geniş oxucu kütləsi cəlb etməyi hədəfləyir və anti-Azərbaycan təbliğatının tərkib hissəsi kimi çıxış edir. Bu fakt bir daha göstərir ki, müəyyən qüvvələr beynəlxalq miqyasda Qafqaz Albaniyasının elmi tarixinin tədqiqi əvəzinə, onu siyasi vasitəyə çevirməyə cəhd göstərir. Qeyd edilən kitab bu layihənin reallaşdırılmasının başlanğıcından xəbər verir. Bunun qarşısının perspektivdə alınması üçün bu tipli kitabların müəyyən edilməsi və resenziyalaşdırılması ilə birgə, respublikada albanşünaslar hazırlığına dair milli proqram hazırlanması, onun prioritetlərinin müəyyən edilməsi və həyata keçirilməsinə diqqətin artırılmasını tələb edir.
AMEA Tarix institutunun İctimaiyyətlə əlaqələr şöbəsi
12.06.23
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm