
Lirə ucuzlaşır - Türkiyə qiymətləri qaldıra bilər!
Yusif Nəzərli
13:33 12.06.2023
Cəmiyyət
543
Türkiyə lirəsinin son 1 ayda 16.0 faizdən çox dəyər itirməsi qardaş ölkədə istehsal edilən məhsulların ixrac qiymətlərinə də təsirsiz ötüşmür. Belə ki, dollara nisbətən ucuzlaşan lirə digər əksər valyutalara rəğmən də dəyərsizləşir.
Bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov qeyd edib.
O bildirib ki, lirənin ucuzlaşması elektron satış şəbəkələr üzərindən sifarişlərin həcminə təsir göstərməkdədir:
"Belə ki, hələlik həmin şəbəkələrdə Türkiyə məhsullarının lirə ifadəsində qiymətlərində kəskin dəyişiklik olmadığından belə sifarişlər səmərəli hesab olunur. Manat ifadəsində hazırda daha ucuz qiymətə Türkiyə məhsullarını elektron satış şəbəkələri vasitəsi ilə sifariş etmək mümkündür.
Bununla belə, lirənin dollara nisbətən ucuzlaşması fonunda Türkiyədə inflyasiya da müşahidə olunur. Bu ilin 4 ayının yekunlarına əsasən Türkiyədə inflyasiya səviyyəsi 45 %-dən çox olub. İnflyasiyaya qarşı sərt tədbirlər görülərsə belə hələlik istehlak qiymətləri yüksək olaraq qalmaqdadır. Ona görə də indiki halda lirənin ucuzlaşması Azərbaycanın istehlak bazarına ciddi və davamlı təsir etmir.
Bu isə o deməkdir ki, hazırda istehlak bazarında qardaş ölkədə istehsal olunan məhsulların ucuzlaşması müşahidə olunmasa da belə elektron satış şəbəkələr vasitəsi ilə mal sifarişlərində manat ifadəsində qiymətlər aşağı düşüb. Bu isə belə sifarişləri daha da cəlbedici edib".
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Fuad İbrahimov "Sherg.az"a söyləyib ki, Türkiyədə istehsal edilən və tərkibində idxal amili olan malların qiyməti artırılacaq:

"Amma bir çox məhsullarda, əsasən də tekstildə qiymətlər Azərbaycan vətəndaşlarına sərf edir. Çünki biz elektron platformalar üzərindən sifariş veririk. Bu dəqiqə isə alış-veriş pik həddə çatıb. Ona görə ki, lirə ucuzlaşıb, amma yerli məhsulun qiyməti eynidir. Hazırkı vəziyyətdə isə bu məhsulların manatla alışı bizim vətəndaşlara sərf edir. Lakin Türkiyə bazarının müəyyən vaxtdan sonra lirənin ucuzlaşmasına görə qiymətləri qaldırması istisna edilmir".
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Türkiyədən 2 milyard 297 milyon dollarlıq məhsul idxal edib. Türkiyəyə ixracatımız isə 3 milyard 544 milyon dollara çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm