"Ermənilərlə dialoqun hər hansı üçüncü ölkədə keçirilməsi mümkün deyil" - Fazil Mustafa
14:50 07.08.2023
Gündəm
645
"Bu məsələ Azərbaycanın daxili işidir və prinsipial mövqe kimi bunu irəli sürürük. Kimsə buna görə bizi qınaya bilməz"
Azərbaycan hökuməti hər hansı formada “Xankəndi ilə dialoq” adı verilən, Xankəndidəki bir ovuc terrorçunu tərəfə çevirməyə hesablanan bütün təkliflərdən imtina edib və Qarabağdakı erməni icmasının məsələsinin daxili işi olduğunu bildirib. Erməni icmasının nümayəndələrinə reinteqrasiya məsələsini müzakirə etmək təklifi verilib.
Separatçı-terrorçuların başçısı Araik Arutyunyan “Bakı ilə dialoq” məsələsindən danışıb. Araik Qərbin “üçüncü ölkədə” belə bir “dialoq” keçirməklə bağlı təklif verdiyini iddia edib. O bildirib ki, bu təklifi qəbul ediblər, çünki “beynəlxalq formata” yaxın olub: “Ancaq Bakı belə bir formatdan imtina etdi. Bakının imtinasından sonra bu məsələ havadan asılı qalıb”. Onun sözlərinə görə, Qərb bu görüşdə hər hansı gündəm müəyyən etməyib. Belə ki, Qərb görüşü təşkil edir, müzakirə mövzusunu isə görüş iştirakçılarına buraxır. Separatçının dediklərindən də aydın olur ki, bəzi "vasitəçilər" Bakı ilə dialoqun "üçüncü ölkədə" aparılmasını təklid ediblər.
Millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında deyib ki, ermənilər bütün hallarda Bakı ilə dialoqdan yayınmağa çalışırlar. Deputatın sözlərinə görə, ermənilərin hələ də ümidləri var ki, beynəlxalq güclər, ayrı-ayrı dövlətlər onlara dəstək verəcək, ərazini bir "status" olaraq tanınma imkanına sahib olacaqlar:
"Ona görə də dialoq kimi məsələlərdə ermənilərdən konstruktiv addım gözləmək əbəsdir. Amma biz cəhdlərimizi davam etdirməliyik. Söhbət ermənilərin reinteqrasiyasından yox, onların bəhanələrinin kəsilməsindən gedir. Bu istiqamətdə bütün addımları dayanmadan atmalıyıq. Ermənilərlə dialoqun hər hansı üçüncü ölkədə keçirilməsi mümkün deyil. Bu məsələ Azərbaycanın daxili işidir və prinsipial mövqe kimi bunu irəli sürürük. Kimsə buna görə bizi qınaya bilməz. Bütün hallarda bu məsələdə güzəşt yerimiz yoxdur. Güzəştimiz ancaq reinteqrasiya prosesində mərhələlərin müəyyən olunması ola bilər. Bununla bağlı ermənilərin hansısa təklifi olarsa, üzərində düşünə bilərik. Ancaq dialoqun başqa ölkədə keçirilməsi və prosesə üçüncü tərəfin qarışması suverenliyimizə ziddir. Əminəm ki, bu istiqamətdə ardıcıl addımlar atılacaq və səbrlə prosesi davam etdirəcəyik. Ermənilər də gec-tez real vəziyyətlə barışmalı olacaqlar. Başqa yolları yoxdur. Separatçıların prosesin beynəlxalq formata çevriləcəyi ilə bağlı gözləntisi bizim tərəfimizdən qəbuledilməzdir. Azərbaycanın hansısa məkanında danışıqların aparılması hər baxımdan daha məqsədəuyğundur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə