Araik Arutyunyan ABŞ-dəki erməni lobbisinə yalvarır - İmdad diləyirlər
Araik Arutyunyan ABŞ-dəki erməni lobbisinə yalvarır - İmdad diləyirlər
Yusif Nəzərli
21:56 09.08.2023
Aktual
518
Taktiki baxımdan Rusiyadan da, Qərbdən də öz xeyrimizə istifadə etməliyik. ABŞ-ni ermənilərin dostu kimi qiymətləndirmək yanlış olardı
Qarabağ separatçılarının lideri Araik Arutyunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə müraciət edib. “Bizi xilas edin” səpkili açıqlama yayımlayan Arutyunyanın erməni lobbisindən tələbi odur ki, yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etmələrinə, o cümlədən Laçın yolunun “açılmasına” nail olsunlar. Erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff feysbuk səhifəsində “Ağ Evin Artsaxın müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib. ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin aparat işçiləri Sara Arkin və Damian Merfi Qərbi Zəngəzurda görüşlər keçiriblər. ABŞ-nin dövlət strukturları Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləsələr də, ermənipərəst konqresmenlər suyu bulandırmağa çalışacaqlar.
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ-də erməni lobbisi güclüdür. Onun sözlərinə görə, konqresmenlərin hər biri seçicilərindən asılıdır: "Amerikada ermənilər çoxdur və böyük maddi imkanlara malikdirlər. Nə deyirlərsə, konqresmen də onların dedikləri ilə razılaşır. Amma dövlət səviyyəsində məsuliyət daşımırlar. Yəni kim onların seçki təbliğatına pul buraxırsa, onların dedikləri ilə də oturub-dururlar, mövqelərinə uyğun fikir səsləndirirlər. Bunu Vaşinqtonun mövqeyi kimi dəyərləndirmək olmaz. Bəli, bölgə uğrunda Qərb və Rusiya arasında qarşıdurma mövcuddur. Belə qarşıdurma həmişə olub, indi isə daha kəskin forma alıb. Ancaq söhbət başqa problemdən gedir. Hansı tərəf münaqişəyə son qoyulmasını istəyir? Çünki bəzi məqamlarda onlar çalışırlar ki, Azərbaycanın daxili məsələsi olan Qarabağ mövzusundan istifadə etsinlər".
Analitik vurğulayıb ki, bundan öncə həm Rusiya, həm də Qərb regionda öz təsirini təmin etmək üçün bu munaqişədən istifadə ediblər: "Onlar münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq məqsədi üçün ermənilərin təhlükəsizliyi və hüquqları məsələsini gündəmə gətirmək niyyətindədirlər. Bu, əslində "status" deməkdir. Bu baxımdan da görürük ki, onların arasında böyük bir fərq yoxdur. Taktiki baxımdan Rusiyadan da, Qərbdən də öz xeyrimizə istifadə etməliyik. ABŞ-ni ermənilərin dostu kimi qiymətləndirmək yanlış olardı. Amerika Birləşmiş Ştatlarının Azərbaycanda enerji maraqları təmin edilib. ABŞ heç vaxt Rusiyanın forpostu olan Ermənistana Azərbaycanı qurban verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol