
Rusiya dünyanı aclıqla təhdid edir - Siyasi şərhçi
Yusif Nəzərli
13:35 10.08.2023
Aktual
606
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”ni bərpa edə bilər”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba xarici KİV-ə müsahibəsində deyib.
O buna inamını ifadə edib: “Biz bilirik ki, Türkiyə Rusiya ilə əməkdaşlıq edir”.
Nazirin sözlərinə görə, rəsmi Kiyev taxıl məhsullarını dünya bazarına çıxarmaq üçün alternativ marşrutlar da axtarır.
Ərdoğanla Putin arasında gözlənilən görüşdə əsas müzakirə mövzularından birinin "Taxıl sazişi"nin bərpası olacağını bildirən siyasi şərhçi Kənan Novruzov"Sherg az"a deyib ki, Türkiyə Prezidentinin Rusiyalı həmkarını razı salmağı bacaracağını düşünür:
"Bu mənada Kulebanın inamında həqiqət payı var. Digər tərəfdən Ukrayna XİN rəhbəri açıqlaması ilə həm də, Türkiyəyə mesaj verir ki, biz sizə güvənirik. Ümumiyyətlə sözügedən sazişin bərpa olancağına inanıram. Düzdür burada Rusayın bəzi tələbləri var. Onlardan ən əsası isə təhlükəsizlik təminatı ilə bağlıdır. Yəqin ki, Türkiyə Prezident Rusiyanın maraqlarının da təmin olunacağı orta bir yol tapacaq".

Analitik əlavə edib ki, Rusiyanın"Taxıl sazişi"dən çıxaraq dünyanı aclıqla təhdid edir:
"Yəni Kreml dünyanı maraqlarını nəzərə almağa və nazıyla oynamağa çağırır. Hətta Putin gözləyir ki, kimsə ondan sazişi yeniləməsini xahiş etsin. Yuxarıda da dediyim kimi bu belə davam edə bilməz və tezliklə Rusiya sazişə qayıdacaq. Çünki vaxt uzandıqca əks-effekt verə bilər və Putin istəyinə nail olmayacaq. Hətta dünya dövlətlərində Rusiyaya qarşı aqressiya daha da ata bilər. Yəni Putin öz qazdığı quyuya düşəcək".
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.
Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.
Türkiyə və Rusiya liderlərinin avqustda keçiriləcək görüşündə sözügedən məsələnin müzakirə olunacağı gözlənilir
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət