Psixiatrın kabinetində "gülməmək" üçün psixoterapevtin otağında "ağlamaq" lazımdır
Yusif Nəzərli
16:12 12.09.2023
Cəmiyyət
740
2022-ci ildə Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulan xəstələrin sayı 6 983 nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Əgər 2020-ci ildə 4 039 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuşdusa, 2021-ci ildə onların sayı 4 751 nəfərə, 2022-ci ildə isə 6 983 nəfərə çatıb.
Rəsmi statistikaya görə, 2022-ci ildə tibb müəssisələrində dispanser müşahidələri altında olan psixi xəstələrin ümumi sayı 113 836 nəfər olub. 2020-ci ildə bu rəqəm 106 299 nəfər, 2021-ci ildə 109 107 nəfər idi.
Rəsmi statistikaya əsasən, son illər Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulan xəstələrin sayı xeyli artıb. Bu statistikanı hər kəs maraqla qarşılayıb.
Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən psixoloq Elmir Əkbərin sözlərinə görə, qeyri-rəsmi göstəricilər bundan daha çoxdur:
“Azərbaycanda insanlar adətən, gizli müalicə götürməyə üstünlük verirlər. Məxfilik anlaşması çərçivəsində onların şəxsi məlumatları heç yerə sızmadığı üçün pasiyentlər rəsmi qeydiyyata düşmürlər. Rəsmi qeydiyyata düşən şəxslər ya polis vasitəsilə ya da ki, ailənin müraciəti əsasında müəyyən dispanserizasiya keçən pasiyentlərdir. Nəticə etibarı ilə həmin rəqəmlər həqiqəti əks etdirə bilməz”.
Psixoloq ölkədəki psixi xəstələrin sayının kəskin artmasının bir çox səbəbləri olduğunu vurğulayıb:
“COVİD- 19 pandemiyasından sonra dünya dəyişib. Pandemiya insanlara psixi olaraq mənfi təsir göstərdi. Şübhəsiz, bu faktor Azərbaycana da təsirsiz ötüşmədi. Hımçinin sosial şəbəkələrdən və internetdən aslılıq insanların psixoloji vəziyyətinin dəyişməsinə təsir edən amillərdəndir. İndi artıq zəmanə dəyişib. Dəyişmiş zəmanəyə ancaq həkim-psixoterapist seansları götürməklə adaptasiya olmaq mümkündür. Psixi xəstəliklərin artmasının əsas səbəblərindən biri də vaxtında psixoterapist seanslarına müraciət etməmələridir. İnsanlar yalnız psixoloji vəziyyəti ağırlaşdıqdan sonra həkimə müraciət edirlər. Avropalıların bununla bağlı maraqlı deyimləri mövcuddur: “Psixiatrın kabinetində gülməmək üçün zamanında psixoterapevtin otağında ağlamaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə