Bakıda beynəlxalq konfrans keçirilir
Yusif Sultanoğlu
16:49 05.11.2025
Siyasət
270
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.
Axar.az xəbər verir ki, toplantıda Ombudsman Səbinə Əliyeva, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Vladanka Andreeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə Baş müşaviri Vladimir Şkolnikov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və digər şəxslər iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva bu il qəbul olunmasının 75-ci ildönümü qeyd olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin BMT-yə üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli qanunvericilik bazasının formalaşması üçün əsas və nümunə olduğunu bildirib.
Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının təmin və təşviq edilməsinin daim diqqət mərkəzində saxlanıldığını, qanunvericilik bazasının beynəlxalq hüquq normalarına müvafiq olaraq mütəmadi təkmilləşdirildiyini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi üçün geniş imkanların yaradıldığını qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual