
Putin Qarabağ ermənilərindən istifadə edir - RƏY
12:40 16.12.2023
Gündəm
472
Kreml onların siyasi təşkilatlanması və mövcud hakimiyyətə qarşı alternativ olmasında maraqlıdır
Rusiya Prezidenti Vladimir Putin çıxışında deyib ki, Ermənistanda Qarabağla bağlı gərgin vəziyyət yaranıb. Putin həmçinin qeyd edib ki, Qarabağdan Kreml yox, rəsmi İrəvan imtina edib. Ümumiyyətlə, Rusiya lideri “Ermənistan Qarabağdan imtina edib” fikrini dəfələrlə səsləndirib. Aydın məsələdir ki, Putin bununla topu Ermənistan hakimiyyətinin üzərinə atır və erməni ictimaiyyətindəki anti-Rusiya ab-havasını yumşaltmağa çalışır. Nikol Paşinyan dəfələrlə Rusiyanı 44 günlük müharibəni dayandırmamaqda, habelə Ermənistana dəstək verməməkdə günahlandırıb. Son zamanlar isə bunu radikal formada edir. Paşinyan bu yolla ölkədəki anti-Rusiya meyillərini artırmaq və nəticədə Qərbə inteqrasiyanı sürətləndirmək istəyir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, şübhəsiz, Putin bunun fərqindədir və sözügedən məsələdə Qarabağ ermənilərindən istifadə edir. Analitik vurğulayıb ki, Kreml Qarabağdan gedən ermənilərin siyasi təşkilatlanması və mövcud hakimiyyətə qarşı alternativ olmasında maraqlıdır:

"Lakin Putinin açıqlamasında əsas narahatverici məsələ dediklərinin ərazi bütövlüyümüzə açıq-aşkar hörmətsizlik olmasıdır. Belə çıxır ki, Rusiya Qarabağın işğaldan azad edilməsində heç vaxt maraqlı olmayıb. Sadəcə, Paşinyanın atdığı addımlar Bakının əlini gücləndirib, Kremli isə çarəsiz qoyub. Buradan həm də belə bir ehtimal risk yaranır ki, Qarabağdan gedən ermənilər Azərbaycana qayıtmaq istəsələr, Kreml bunun baş verməsi üçün əlindən gələni edəcək. Düzdür, bu, zəif ehtimal olsa da, Rusiya sülhməramlılarının Qarabağda olduğu müddətdə risk kimi qalmaqdadır. Lakin çox güman, rəsmi Bakının buna qarşı da effektiv kartı var".
Ekspert diqqətə çatdırıb ki, ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin intensivləşməsi və tərəflərin vasitəçisiz danışıqlara üstünlük verməsi sülhə inamı artırır: "Bakı sülh müqaviləsinin tez bir zamanda imzalanmasını istəyir. Bunun üçün maksimum konstruktiv və obyektiv davranır. Lakin həm də risk faktorlarını nəzərdən keçirir, ehtiyat planlar hazırlayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə