
Sülh sazişinə addım-addım yaxınlaşırıq
Sülh sazişinə addım-addım yaxınlaşırıq
Yusif Sultanoğlu
01:47 04.06.2024
Aktual
518
Cənubi Qafqaz regionu tamam dəyişəcək
Bunu uğurlu və effektli etmək üçün xalqları və cəmiyyətləri də hansısa formada və formatda bu prosesə cəlb etmək lazımdır
Ermənistanın "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ötən həftənin yekunlarını və yaxın gələcək üçün planlarını təqdim etmək məqsədilə tərəfdarlarını İrəvanın mərkəzindəki Müqəddəs Anna kilsəsinə toplayıb. O, tərəfdarlarını Müqəddəs Xaç kilsəsinin həyətinə toplayaraq Ermənistan İstintaq Komitəsinə doğru hərəkət etməyə çağırıb. Yürüş başlamazdan əvvəl hərəkatın rəhbəri arxiyepiskop Baqrat Qalstanyan qeyd edib ki, etirazçılar komitəyə tələblər təqdim etmək niyyətindədirlər. Eyni zamanda o, əlavə edib ki, Ermənistanda bütün qərarları bir nəfər qəbul edir və bunu hamı bilir. Qalstanyan bildirib ki, xarici səfirlər hər şeyi görür, qeydə alır, amma Ermənistan hakimiyyəti ilə razılaşmalara əsaslanaraq susurlar. Xatırladaq ki, mayın 31-i polis Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında 28 aksiya iştirakçısını saxlayıb, onlardan 27-si hələ də buraxılmayıb. Ermənistanın keçmiş deputatı Naira Zöhrabyan bugünkü aksiyada jurnalistlərə açıqlamasında deyib ki, əslində, onlar Nikol Paşinyana qarşı mübarizə aparmırlar. O bildirib ki, Nikol oyuncaqdır: "Biz burada Türkiyəyə, Azərbaycana, onun arxasında duran Qərbə qarşı vuruşuruq". Zöhrabyan “danışıqlar prosesində” Rusiyanın olmasını istədiklərini bildirib. Əksər ekspertlər keşişin rəhbərliyi ilə Ermənistanda davam edən aksiyaların sülh prosesinə mane olmayacağını iddia etsələr də, prosesi bir qədər ləngidə, yubada biləcəyini də istisna etmirlər.
AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu "Sherg.az"a deyib ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin tezliklə başa çatması və iki ölkə arasında sülh sazişinin imzalanması ümumilikdə Cənubi Qafqaz regionu üçün böyük əhəmiyyət kəsb edir. Ekspert vurğulayıb ki, heç kəsə sirr deyil ki, Cənubi Qafqaz regionu qeyri-stabil bölgələrdən sayılır:
"Buranın etnik, dini müxtəlifliyi, geosiyasi əhəmiyyəti hər an irimiqyaslı silahlı münaqişələrə gətirib çıxara bilər. Bu gün region uğrunda Qərb-Rusiya arasında kəskin rəqabət var və dünya siyasətini müəyyənləşdirən supergüclər Cənubi Qafqazı öz təsir dairələrində saxlamaq üçün açıq savaşa başlayıblar. Təbii ki, belə bir dönəmdə Ermənistan-Azəbaycan münasibətlərinin normallaşdırılması və sülh əldə edilməsi çox çətindir. Rəsmi Bakının israrı və qətiyyəti fonunda İrəvanda bunun əksini görürük. Paşinyan hakimiyyətinin sülhlə bağlı verdiyi bəyanatlar, atdığı bəzi addımlar sülh prosesinə müəyyən impuls versə də, bu, kifayət etmir. Delimitasiya və demarkasiya, geodeziya işlərinin təxminən 7-10 faizi icra olunub. Hər iki tərəf arasında fikir ayrılıqları var və bu mərhələni də keçmək sadə məsələ deyil. Anklav və esklavlar məsələsi, Ermənistandan qaçqın düşmüş 300 minə yaxın soydaşımızın dədə-baba torpaqlarına qaytarılması, onların hüquq və təhlükəsizliyinə təminat verilməsi, kommunikasıya xətlərinin bərpası kimi vacib elementlər üzərində müzakirələr xeyli vaxt aparır. Bununla belə, Ermənistanda revanşistlərin və kənar qüvvələrin kilsənin xeyir-duası ilə arxiyepiskop Barqat Qalstanyanın rəhbərliyi altında pozucu fəaliyyəti mürəkkəb və riskli situasiya yaradır. Baxmayaraq ki, Paşinyana müxalif olanlar hələ ki, zəifdirlər və sülh prosesini ümumilikdə poza biləcək gücdə deyillər. Ancaq badalaq vura və ləngidə bilərlər. Aksiyalar erməni baş naziri qətiyyətli qərar verməkdən bir qədər çəkindirir".

Analitik vurğulayıb ki, sülh prosesi ağrılı və mürəkkəb prosesdir:
"Bunu uğurlu və effektli etmək üçün xalqları və cəmiyyətləri də hansısa formada və formatda bu prosesə cəlb etmək lazımdır. Nəzərə alsaq ki, Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin gərgin olmasından və düşmənçilik əhvali-ruhiyyəsinin hökm sürməsindən xüsusən Fransa və Rusiya da maraqlıdır. Ermənilərdən tarixən maşa kimi istifadə edilib və bu alətdən Paris və Moskva məhrum olmaq istəmirlər. Bütün bu faktorlar onu deməyə əsas verir ki, Ermənistan hakimiyyətinin pozitiv mesajları qulağa xoş gəlsə də, noyabradək sülh sazişi haqqında çərçivə sazişinin imzalana biləcəyi haqqında nikbin proqnozlar vermək elə də asan deyil. Ancaq indiyədək bu yöndə gedilən yol, qət edilən məsafə, ortada olan niyyət müsbət dəyərləndirilir və hər iki tərəf bundan məmnun görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya